Taxta məktub | Ülviyyə Tahirin romanı barədə
"Taxta məktub" əsərində Ülviyyə Tahir sovet hakimiyyətinin qurulması illərində baş verən repressiya və talanları azyaşlı qız uşağının dilindən verir. Bu artıq özlüyündə müəllif üçün çətin tapşırıq deməkdir və Ülviyyə xanım işin öhdəsindən yaxşı gəlib. Belə ki, kitabın əvvəllərində...
Zülmətdə alatoran | Rasim Qaracanın kitabı barədə
Müasir Azərbaycan şeirlərindən mənə ən çox təsir edən və elə yəqin ki, ən sevdiyim şeir Rasim Qaracanın "Siz, ey ordakılar" şeiridir. Heç kim inciməsin, o, ən yaxşısıdır!.. Heyif ki, bu yazı o şeir haqqında deyil, yoxsa ürəyimcə tərifləyərdim. Düzü, elə haqqında...
Nikola Boneni Şərqə aparan hekayə | Seymur Orucun romanı barədə
Kitablar məndə hansı təəssüratı oyadırsa, barəsində yazını da o təəssüratla yazıram. Təəssüratımı aşağıda yazacağam, ancaq oxuduqca beynimdə təkrarlanan bir fikir var, icazənizlə, onu birinci paylaşıram: gərək, bilmədiyin şeylər haqqında roman yazmayasan...
Od adamların nəğməsi | Fuad İsayevin hekayələr kitabı barədə
Bu kitaba hekayələr toplusundansa müəllifin cəhdləri demək daha doğru olardı. Mənə elə gəldi ki, Fuad İsayev bir neçə janrı, üslubu və formanı yoxlamaq üçün yazılar yazıb, sonra kitab formasında nəşr etdirib. Nəşr demişkən, kitab...
Keçilərin nəğmələri | Rəşad Səfərin romanı barədə
Kitabın ən üstün cəhətini birinci yazıram: çox keyfiyyətsiz çap olunub. Qanun Nəşriyyatının öz işinə ənənəvi yanaşması oxu zövqünü hər səhifədə bir az daha aşağı salır. İndi isə romanın özü barədə…
Kor nöqtə | Naiq Babayevin romanı barədə
"Kor nöqtə" iddiasız (bəlkə, bir az da darıxdırıcı) başlayıb çox maraqlı davam edən və tez-bazar bitməsilə oxucunun qanını qaraldan oxunaqlı, fərqli, dəyərli romandır. Naiq Babayev sadə bir sujet xəttilə nələr etmək mümkün olduğunu...
Məhsəti | Mahanın (Cavi Dan) romanı barədə
Məhsəti Gəncəvinin əsas obraz olduğu bir roman yazmaq cəsarət tələb edir. Haqqında çox az şey bildiyimiz şairimizi romanda canlandırmaq, rübailərinin hansı ilhamdan yarandığını göstərməyə çalışmaq olduqca maraqlı fikirdir və bu çətin işin öhdəsindən gəlmək xüsusi məsuliyyət tələb edir. Bu baxımdan müəllifi təbrik edirəm...
İtvuran | Əyyub Qiyasın hekayələr kitabı barədə
Bu kitabı oxumağı və ümumiyyətlə, belə bir kitab yazmağı heç kimə tövsiyə etmirəm. Haqqında da uzun-uzadı yazmaq fikrindən uzağam, çünki yazılacaq elə bir şey də yoxdur. Kitabdakı hekayələrin məzmunu cılız, sujeti zəif, təsvirlər solğun gəldi mənə. Ola bilər ki, Əyyub Qiyas yazıçı olaraq çox yüksək mövqelərdə dayanır, ola bilər ki...
Qızılbaşlar: Oyanış | Xan Həsənin romanı barədə
Xan Həsənin istedadına bələdəm, bilirəm ki, onun çağdaş Azərbaycan ədəbiyyatına gözəl əsərlər bəxş etmək potensialı var. Bundan əminəm! Lakin onun "Qızılbaşlar" romanının birinci kitabı olan "Oyanış" barədə münasibətim heç özümün...
Amanabənd | Cavid Ramazanovun romanı barədə
"Amanabənd" Cavid Ramazanovun ilk romanıdır. Arzu edirəm, bu kitab yazıçının ən zəif əsəri olar. Romanda müəllif maraqlı taktikalar və yeniliklərdən istifadə edib. Müəllifin təhkiyəsi qətiyyən pafoslu deyil, əsas obrazın (İlyas) öz daxilində yaşadığı ziddiyyətlər maraqlı təsvir olunur, obraz öz-özünə düşünüb özünü danlayarkən, yaxud...
Qanadsız mələk | Aysel Şıxlinskayanın romanı barədə
Aysel xanımla kitabı müzakirə etdik, daha doğrusu, "Dartanyanlar" kitab klubu müəlliflə görüş təşkil etmişdi, mən də uzaqdan-uzağa qoşulub fikirlərimi çatdırdım. İradları səmimi qəbul etməsi, mədəniyyəti və sadəliyi ilə Aysel xanım mənə olduqca xoş...
Qanadlı körpü | Ataqamın hekayələr kitabı barədə
Bir-birindən maraqlı on hekayənin olduğu kitabdır "Qanadlı körpü". Ataqam bəy gəzdiyi ölkələrdə gördüklərindən, başına gələnlərdən və eşitdiklərindən hekayələr uydurub, lakin onların dili qətiyyən quru əhvalat tərzində deyil. Kitab 2019-cu ildə Köhlən nəşriyyatında ortabab keyfiyyətdə çap olunub...
Şükriyyə taleyim | Ülviyyə Tahirin romanı barədə
İnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla, səbirlə, ümidlərlə vidalaşmalı olursan, bunların içində, məncə, ən ağırı – sevdiyin insanlarla vidalaşmaqdır...
Qaranlığın personajı | Rüstəm Şəfizadənin kitabı barədə
Bütün gənc müəlliflər kimi Rüstəm Şəfizadənin də problemi yaxşı redaktor tapa bilməməkdir, görünür. Kitab, demək olar ki, redaktə olunmayıb, korrektə də hakəza. Bu baxımdan mətni oxumaq bir az səbr tələb edir, bəzi yerlərdə axıcılıq pozulur, təkrara...
Şeyx | Sahilə Yayanın romanı barədə
Bu kitabda sənət filmi "dadı" var. Oxucunu "vay dədə, niyə belə oldu?", "görəsən, indi nə baş verəcək?", "indi necə olacaq?" kimi suallar düşündürmür, vərəqləri çevirmək üçün adamdan səbir tələb edir, bunun əvəzində kitab başqalarının dünyaya baxışı və dini dünyagörüşünü yenidən götür-qoy etməyə, həmçinin insanın öz...
Səs və ya Qırmızı | Şamxal Həsənovun romanı barədə
Bu romanı oxumaq xüsusi zövq tələb edir və adama xüsusi zövq verir. Ümumiyyətlə, Şamxalın üslubu belədir. Elə ilk cümlələrdən romanı oxuyub getmək, cümlələrin üstündən aşıb "görəsən nə baş verir" deyə tələsmək istəyirsən, ancaq bəlağətli və peşəkar yazı stili buna imkan vermir...
Orion 51 | Ruzigar Ələkbərin romanı barədə
Ruzigar Ələkbərin "Orion 51" romanı fentezi (elmi-uydurma) janrında yazılmış, yumşaq desək, qəribə romandır. Roman Üçüncü Dünya müharibəsindən sonrakı dövrdə "yaşayan" Lefteris adlı qəhrəmanın başına gələnlərdən bəhs edir və məncə...
Laokoon... Laokoon... | Kamal Abdullanın romanı barədə
Xalq yazıçısı, akademik Kamal Abdullanın "Laokoon... Laokoon..." əsərini oxudum və o qədər çox "bəyəndim" ki, akademiki "tərifləmək" qərarına gəldim. Şərti şumda kəsək, xırmanda yabalaşmayaq, Kamal Abdulla...
Su sərgisi | Sərdar Aminin romanı barədə
Sərdar Aminin yaradıcılığında ən sevdiyim cəhət nağılvari təhkiyəsidir. "Qaratoyuq nəğməsi" romanında olduğu kimi "Su sərgisi" romanında da müəllif öz şirin nəqletmə dilini qoruyur və müxtəlif problemləri irdələyərkən bizi...
Karl Saqan – İblislərlə dolu dünya elmin şam işığında | Yalçın İslamzadənin tərcüməsi
Deyirdilər, hündür evlərin damında görünür, bəzən də uzaqda, göyün qaranlığında dayanıb işıq saçır. Ən çox məhərrəmlikdə, deyəsən, lap aşurada gəlirdilər. O vaxtlar "yadplanetlilər" sözü bizə tanış deyildi və hələ ki, "uzaylılar" yox, "uçan tarelkalar" sırınmışdı dilimizə...
Sola dönmək qadağandır | Cəlil Cavanşirin esselər kitabı barədə
Kitaba yaxın olan adamlar bu sualı bir-birlərinə tez-tez verir: "Nə oxuyursan?" Elə cavab da tez-tez dəyişir, gah "Heyvanıstan" (C. Oruell), gah "Varlığın dözülməz yüngüllüyü" (M. Kundera), gah "İdiot" (F. Dostoyevski), gah da "indi heç nə" olur...